Kürdəmirdə 2 aylıq hamilə qadın naməlum şəraitdə güllə yarası alıb

  • 23:32 - 11 May

Kürdəmir sakini güllə xəsarəti alıb. 

Avropa.info-nun bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Sığırlı kəndində baş verib.

20 yaşlı kənd sakini Mövlayeva Könül İbrahim qızı yaşadığı evin həyətində naməlum şəraitdə güllə yarası alıb.

Yaralı yaxınlıqdakı insanların köməyi ilə Kürdəmir rayon  xəstəxanasına aparılıb .Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirlər. 

Hazırda rayon Polis Şöbəsinin əməkdaşları hadisənin necə baş verməsi ilə bağlı araşdırma aparır. 

Qeyd edək ki,güllə xəsarəti alan Könül Mövlayeva iki aylıq hamilə imiş.


Oxunma sayı: 9098

Oxşar yazılar