Hacıqabulda keçmiş məhkum narkotiklə saxlanılıb

  • 11:26 - 09 May

Hacıqabul rayonunda keçmiş məhkum narkotik vasitə ilə saxlanılıb.

Hacıqabul polis şöbəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri çərçivəsində Hacıqabul sakini, əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü Atamalıyev Taleh Saleh oğlu saxlanılıb. O, üzərində narkotik vasitə olması şübhəsi ilə polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman ondan şəxsi istehlak miqdarından artıq çəkidə, kibrit qutularında qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuana və tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.(apa)


Oxunma sayı: 6942

Oxşar yazılar