Arvadını bıçaqlayan şəxs həbsdən çıxıb oğlunu güllələdi - FOTO

  • 22:20 - 08 May

Türkiyənin Denizli şəhərində ata oğlunu öldürüb.

Avropa.info oxu.az-a istinadən xəbər verir ki, boşanma ərəfəsində olduğu arvadı Selma Y.-nı bıçaqladıqdan sonra həbs edilən Ünal Y. azadlığa çıxdıqdan sonra oğlu Şahin Y.-nın iş yerinə gəlib və söhbət etmək bəhanəsi ilə onu çölə çağırıb.

Onların söhbəti mübahisəyə çevrilib və nəticədə Ünal.Y. oğlunu başından silahla vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə əməkdaşları və tibb işçiləri cəlb edilib.

Polis həmin şəxsin axtarışına başlayıb. Hadisə ilə bağlı araşdırma davam edir.

 


Oxunma sayı: 13520

Oxşar yazılar