Azərbaycan yığması İsveçrə ilə bu tarixdə oynayacaq

  • 14:32 - 28 Aprel

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin İsveçrə ilə oyununun vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsinin matçı bu il noyabrın 12-də keçiriləcək.

Martın 26-da keçirilməli olan, koronavirus pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınan görüşün tarixi AFFA ilə İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılıq əsasında müəyyənləşib. İsveçrədəki görüşün stadionu və başlama vaxtı dəqiqləşməyib.


Oxunma sayı: 8768

Oxşar yazılar