Erməni yalanı bu dəfə keçmədi - Hulusi Akar HDP-nin erməni deputatı Qaro Paylanı rəzil etdi

  • 15:18 - 22 Noyabr

Türkiyə parlamentində Müdafiə Nazirliyinin büdcəsinin müzakirəsi zamanı HDP-nin Diyarbəkirdən seçilmiş erməni əsilli deputatı Qaro Paylan Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusuna qarşı iftiralar səsləndirib.

Avropa.info xəbər verir ki, parlamentin Plan və büdcə komitəsinin müzakirələri zamanı söz alan Qaro Paylan bu sözləri deyib:

“Hara getsələr plüralizm yox olur. Yəni orada sekulyar həyat tərzi yaşayan erməni, assuriyalı, kürd, ərəb olsun, birgə yaşama anlayışları yoxdur. İdeoloji mahiyyətlərini hər kəsə tətbiq etməyə çalışırlar. Bir nümunə verəcəm. Cərablusda bilirsiniz 100-200 erməni vardı, əksəriyyəti köçdü. Bir erməni ailəsi qalıb, adları da Artin və Sürun. Bunları da təzyiqlə müsəlman ediblər, adlarını Maruf və Fatma qoyublar”.

Bununla bağlı müdafiə naziri Akar haqqında bəhs edilən erməni ailəsinin Cərablusda olduğunu qeyd edərək, Paylanın verdiyi nümunənin yalan olduğunu bildirib. Akar türk briqada komandirinin həmin ailəni ziyarət etməsinin çəkilən fotolarını da göstərib.

Komissiya müzakirəsinə verilən fasilədən sonra yenidən çıxış üçün söz alan Paylan apardığı araşdırmada səhv etdiyini, haqqında bəhs edilən ailənin İŞİD-in regionda olduğu dövrdə təzyiqlə üzləşdiyini, sonra təkrar öz inanclarına qayıtdıqlarını qeyd edərək üzr istəyib.


Oxunma sayı: 16919

Oxşar yazılar