Gürcüstan hökuməti son on ayda 21 min 975 əcnəbinin ölkəyə girişinə icazə verilməyib

  • 20:39 - 07 Noyabr

Cari ilin əvvəlindən oktyabrın 20-dək Gürcüstan hökuməti 21 min 975 əcnəbi vətəndaşın ölkəyə girişinə icazə verməyib.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, hesabat dövründə ölkəyə buraxılmayan şəxslərin 9272-si İran, 4238 nəfəri isə Hindistan vətəndaşları olub. Gürcüstana buraxılmayanlar arasında ilk beşliyi Azərbaycan (1607), Türkiyə (1231) və Rusiya (949) tamamlayır. Hesabat dövründə, həmçinin 507 nəfər Ermənistan, 430 nəfər Türkmənistan, 392 nəfər Pakistan, 386 nəfər Özbəkistan, 288 nəfər Misir, 234 nəfər İraq, 206 nəfər Qazaxıstan, 168 nəfər Qırğızıstan və digər ölkələrin vətəndaşları Gürcüstana buraxılmayıblar.


Oxunma sayı: 5226

Oxşar yazılar