“PKK/YPG-yə yardım və ABŞ-la danışıqlarda müdafiə edəcəyik” – İsrail XİN

  • 17:35 - 07 Noyabr

Türkiyənin Suriyanın şimalında başladığı “Barış Pınarı” əməliyyatı ilə “Böyük İsrail” xəyalları suya düşən İsrailin xarici işlər naziri müavini Tzipi Hotoveli regionda İranın təsirinə qarşı balans kimi gördüyü PKK terror təşkilatının Suriya qolu YPG-yə kömək etdiyini və ABŞ-la danışıqlarda YPG-ni müdafiə edəcəyini bildirib.

Avropa.info xəbər verir ki, ABŞ hərbçilərinin ABŞ-dan çıxarılması İsrail baş naziri Benyamin Netanyahunun prezident Trampla fikir ayrılığının olduğu nadir məsələlərdən biri idi. Hetanyahu 10 oktyabrda “ürəkli kürd xalqına” humanitar yardım təklif etmiş, daha da irəli gedərək, YPG-nin Türkiyə və suriyalı müttəfiqlərinin apardığı “etnik təmizləmə” ilə üz-üzə qaldığını iddia etmişdi.

“Amerikanın səsi”nin verdiyi məlumata görə, İsrail XİN müavini Hotoveli parlamentdə etdiyi çıxışda təklifin qəbul edildiyini deyib. Hotoveli “İsrail xüsusilə diplomatik və humanitar sahədə xeyli sayda yardım tələbi aldı. Kürdlərin düşdüyü böhranı anlayırıq və onlara bir sıra kanallarla yardım edirik” deyib.

Hotoveli İsrailin yardımları ilə əlaqəli detal verməyib, ancaq “Amerikalılarla danışıqlarda kürdlər məsələsində həqiqətləri ortaya qoyuruq. Kürd xalqından yana mövqe nümayiş etdirməkdən qürur duyuruq”. 

“İsrailin Suriyanın şimalındakı ərazidə mülayim və Qərb tərəfdarı ünsürlər kimi kürdlərin və digər etnik azlıqların gücünün müdafiə edilməsində həqiqətən mənfəəti var. Suriyanın şimalında kürdlərin nəzarətinin çökməsi İsrail baxımından mənfi və təhlükəli ssenaridir. Hadisələrin bu cür inkişafının regionda İranın rəhbərlik etdiyi mənfi ünsürlərin güclənməsinə yol açacağı açıqdır” – israilli nazir deyib.


Oxunma sayı: 4346

Oxşar yazılar