Yaponiyada gərginlik – ABŞ F-16-sı mülki ərazisini bombaladı

  • 16:40 - 07 Noyabr

Yaponiyada ABŞ məxsus F-16 döyüş təyyarəsi təlim ərazisi xaricində qalan özəl mülkiyyətə daxil əraziyə səhvən bomba atıb. 

Avropa.info xəbər verir ki, bu barədə hadisə haqqında ölkədə yerləşdirilən ABŞ qüvvələrindən məlumat alan Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb. Yerli vaxtla dünən axşam saat 18:30-da ABŞ-a məxsus Misava aviabazasından qalxan təyyarədən düşən bombanın boş mərmi olduğu qeyd olunub. Hər hansı xəsarət və yaralanma hadisəsi qeydə alınmayıb. Hadisə ilə bağlı istintaq aparılır. 

Qeyd edək ki, Yaponiyanın ən böyük adası Honsü adasında yerləşən aviabaza ABŞ hərbçilərinin bu ölkədə havadan yerə atış və bombardman təlimini apara biləcəyi tək yerdir. Regiona ABŞ ordusu və Yaponiya Özünümüdafiə Qüvvələri (SDF) tərəfindən qorunur.


Oxunma sayı: 4071

Oxşar yazılar