Səhiyyədə 10 yaxşı şəhər

  • 15:54 - 07 Noyabr

“Medbelle” beynəlxalq rəqəmli səhiyyə operatoru səhiyyə sistemi üzrə reytinq açıqlayıb.

Novator.az-ın məlumatına görə, ekspertlər reytinqin tərtibatı zamanı tibbi təhsilin keyfiyyəti, xəstə çarpayılarının sayı, onkoloji xəstələrin yaşam uzunluğu, dərmanların yayılma dairəsi və qiyməti, xəstələrin məmnuniyyəti kimi meyarları nəzərə alaraq səhiyyə infrastrukturunu, tibbi yardımın keyfiyyətini və əlçatanlığını qiymətləndiriblər.

Hesabata əsasən, səhiyyə sistemi üzrə reytinqin ilk onluğunda Tokio (Yaponiya), Boston (ABŞ), Paris (Fransa), Seul (Cənubi Koreya), Münhen (Almaniya), Melburn (Avstraliya), Amsterdam (Niderland), Bazel (İsveçrə) və Berlin (Almaniya) şəhərləri yer alır.


Oxunma sayı: 6271

Oxşar yazılar