"Dindar bir gənclik yetişdirməliyik" - Ərdoğan

  • 14:53 - 07 Noyabr

"Bir dəfə dindar bir gənclik  dedim, mənə hətta imam xətiblilər belə hücum etdi. İlk növbədə "dindar bir gənclik istəyirik" deyə bilmək üçün yetişməliyik."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İlahiyat fakultəsinin məzunları ilə görüşdə deyib.  Ərdoğan ilhaiyatçıların üzərinə böyük yük düşdüyünü bildirib. 

"Ümid edirəm ki, bir dindar gənclik sizin əlinizdə böyüyəcəkdir. Əgər buna müvəffəq olsaq, bazarda, küçədə, hər yerdə narkoman görməyəcəyik. Allahın izni ilə oğrluq  görməyəcəyik və ya minimuma endirəcəyik. Alkoqolları görməyəcəyik. Niyə? Çünki dindar gənclər alkoqolun haram olunduğunu biləcəklər. Dolayısı ilə o yola düşməyəcəklər. Bu addımlarla dindar bir nəslin olduğu bir ölkədə bütün mənəvi dəyərlərin yüksək sıçrayış edəcəyinə və bir-birlərini Allah üçün sevən bir xalqın meydana çıxacağına inanıram. Vəzifə üçün, mövqe üçün  deyil. 
 

Bu addımları atmaq üçün yeni bir dövrə ehtiyac var. Əks təqdirdə illərimiz heyif oldu deyəcəyik. Tək partiyalı hökumət dövründə millətimizin inancı ilə  arasındakı əlaqə cənazə yuma səviyyəsinə endirildi. Bunu o dövrün təhsil naziri Tahsin Banguoğludan şəxsən eşitmişəm. O dövrün naş naziri təhsil nazirinə insanların cənazə namazının qılınmasını, cənazənin yuyulması bilmədiyini, bununla bağlı kurslar açılmasını istəyib. Dövrün təhsil naziri də bu səbəbdən İmam Xətibləri açdırıb. 

İmam Xətibdə oxuyarkən bir ingilis dili müəllimi var idi və o bizə dedi: "Buraya cənazəni yumaq üçünmü gəldiniz?" Bizə belə təlqin etməyə çalışırdılar. Əlbətdə ki, zaman-zaman ağlayırdıq, pis olurduq. Mən birbaşa ibtidai məktəbdən İmam Xətibə gəldim. Bir gün yoldaşlarımızdan biri müəllimə dedi ki, biz gələcəkdə bu ölkəyə ən ideal xidməti təqdim etmək istəyirik. Onun üçün İmam Xətibi seçmişik. Məqsədimiz cənazə yumaq deyil. Bizim içimizdən həkim, mühəndis və hakim çıxdı, həmd olsun Allaha prezident çıxdı. Bundan sonra görüləsi işlərimiz çoxdur" - Ərdoğan belə deyib.

Avropa.info


Oxunma sayı: 14796

Oxşar yazılar