Rusiya Suriyadakı ikinci aviabazasını Türkiyə sərhədində tikəcək – İddia

  • 15:04 - 07 Noyabr

2015-ci ilin sentyabr ayında rəsmi Dəməşqin dəvəti ilə Suriyada hərbi əməliyyatlara başlayan Rusiya Türkiyə-Suriya sərhədində yerləşən Qamışlı şəhərində yeni aviabaza tikməyə hazırlaşır.

Avropa.info xəbər verir ki, bu iddia ilə Suriya İnsan Haqları Monitorinq Qrupu çıxış edib. Rusiya bu günədək Suriyadakı hərbi əməliyyatlarını Laziqiyyədə yerləşən Hmeymim və Tarsus bazalarından idarə edib. Əməliyyatlarda iştirak edən təyyarələr isə Hmeymimdən havaya qalxmışdı.

Rusiyanın tikməyi planladığı ikinci aviabaza strateji yerdə yerləşir. Qamışlı Suriya vətəndaş müharibəsi dövründə Əsəd rejiminə məxsus hərbçilərin çıxmadığı ölkənin şimalındakı tək yer idi. Əsəd əsgərlərinin olduğu şəhərin idarəetməsi isə PKK-nın Suriya qolu YPG-nin əlindədir. Şəhər Türkiyə və Rusiya arasında əldə olunan Soçi razılaşmasında hərbçilərin patrul fəaliyyəti ərazisinə daxil edilməmişdi.

Suriya İnsan Haqları Monitorinq Qrupunun məlumatına görə, Rusiya Qamışlıdakı “Əl Nadi əl Zeari” aviabazasını 49 illiyə kirayəyə götürəcək. Baza ABŞ hərbçilərinin nəzarət etdiyi əlavə qüvvə göndərdiyi bölgələrə yaxın yerləşəcək.


Oxunma sayı: 4313

Oxşar yazılar