Osmanlı dövlətinin Hacı Zeynalabdin Tağıyevə, xanımına və Musa Nağıyevə verdiyi dövlət nişanlarının sənədləri yayıldı : İLK DƏFƏ (Fotofakt)

  • 15:46 - 13 İyun

Osmanlı dövlətinin məşhur milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə "Məcidiyyə" nişanı verdiyi üzə çıxıb.

Avropa.info xəbər verir ki, bu haqda məlumatı hazırda  Türkiyədə arxiv araşdırmaları ilə məşğul olan azərbaycanlı tarixçi alim Telman Nüsrətoğlu yayıb.

Həmin dövlət nişanlarının sənədlərini də yayan tarixçi, Osmanlı dövlətinin Hacı Zeynalabdin Tağıyevin xanımı Sona Tağıyevaya da "Şefkat" nişanı təqdim etdiyini qeyd edib. 

Tarixçi həmçinin Osmanlı dövlətinin Bakı milyonçusu Musa Nağıyevə də dövlət nişanı verdiyini bildirərək, onun da sənədlərini yayıb.

Telman Nusretoğlu adlı şəxsin şəkli.
Telman Nusretoğlu adlı şəxsin şəkli.
Telman Nusretoğlu adlı şəxsin şəkli.

Oxunma sayı: 16720

Oxşar yazılar