Yeni Zelandiyadakı müsəlman qətliamına Ərdoğandan sərt reaksiya

  • 11:38 - 15 Mart

Yeni Zelandiyanın Kraystçerç qəsəbəsində yerləşən Əl Nur məscidinə edilən hücumla bağlı Türkiyə prezidenti Ərdoğan münasibət bildirib.

Avropa.info xəbər verir ki, Ərdoğanın açıqlaması “Twitter” səhifəsində dərc olunub:

“Yeni Zelandiyada Nur məscidinə və orada ibadət edən müsəlmanlara qarşı törədilən hücumu şiddətlə qınayır, caniləri qınayıram. Terror aktında həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılar şəfa diləyirəm.

Təəssüf  ki, dünyada getdikcə artan irqçilik və islamofobiyanın yeni nümunəsi olaraq baş verən bu hadisədən dolayı islam dünyasına və Yeni Zelandiya xalqına ölkəm və özüm tərəfindən başsağlığı verirəm”.


Oxunma sayı: 6424

Oxşar yazılar