Tələbə və gənc tədqiqatçıların beynəlxalq elmi-praktiki konfransı keçirilib - FOTO

  • 11:11 - 30 May

Mayın 29-da UNEC Rus iqtisad məktəbində «Davamlı inkişaf şəraitində yaşıl iqtisadiyyat: çağırışlar və gözləntilər” mövzusunda tələbə və gənc tədqiqatçıların beynəlxalq elmi-praktiki konfransı keçirildi.

Altı ölkənin 200-dən çox gənc tədqiqatçısını birləşdirən tədbirin plenar iclasında açılış nitqi ilə elm üzrə prorektor Fariz Əhmədov çıxış etdi.

Fariz müəllim konfrans mövzusunun müasir iqtisadiyyatın aktual tədqiqat sahəsinə çevrildiyi, COP-29-a elmi, təhsil cəmiyyətinin hazırlıq mərhələsində UNEC tərəfindən bu günə qədər keçirilən müxtəlif səpgili tədbirlər barədə, bu sırada hazırkı tədbirin əhəmiyyəti haqqında bəhs etdi.

Rus iqtisad məktəbinin direktoru Mənsur Bərxudarov qeyd etdi ki, tədbirdə elm və təhsil nümatəndələri ilə yanaşı biznes strukturlarının təmsil olunduğunu bildirdi, yaşıl iqtisadiyyatın Azərbaycan, bütövlükdə dünya qarşısında qoyduğu suallar qarçısında birgə axtarışların vacibliyini ön plana çəkdi.

Məruzəçilər qismində çıxış edən UNEC İqtisadi araşdırmalar Elmi-tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəhram Əliyev yaşıl iqtisadiyyatın ayrı-ayrı aspektləri, həllini tələb edən ümdə məsələləri, təhsil sahəsinin bu proseslərdə yeri və rolu haqqında danışdılar.

7 seksiya üzrə elmi təqdimat və müzakirələrdə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı Rusiya, Türkiyə, Qazaxıstan, Belorus və Yunanıstan tələbə, magistr və doktorantı əyani və onlayn şəkildə iştirak etmişdilər. UNEC-in nüfuzlu alimləri və yaşıl iqtisadiyyatla bağlı tanınmış elm nümayəndələrinin moderator qismində çıxış etdikləri seksiya iclaslarında, daha qeyri-formal şəraitdə diskussiya aparmağa imkan verən kofe-breyk və nahar vaxtları kontaktlər qurulur, diskusiyyalar aparılırdı.

Beynəlxalq tədbirin sonunda UNEC Rus iqtisad məktəbinin yaradıcı klubu tərəfindən şeirli, mahnılı, rəqsli təntənəli konsert təşkil olundu.

 

 

 

 

 

 


Oxunma sayı: 4555

Oxşar yazılar