“77 nəfəri öldürən Anders Breyvikdən ilham aldım” – Müsəlmanların qatili

  • 11:18 - 15 Mart

Yeni Zelandiyada 40 nəfərin qətli ilə yekunlaşan terror aktının icraçısı 28 yaşlı Brenton Tarrant qətli musiqi dinləyərək həyata keçirdiyi məlum olub.

Avropa.info xəbər verir ki, terrorçu 5 ədəd yarımavtomatik silahla silahlanıb. Silahlı hücumu kompüter oyunu kimi həyata keçirən qatil atəş zamanı silah maqazinini bir neçə dəfə dəyişdirib. Maşında düşüb məscidə girən kimi atəş açmağa başlayıb.

Silahlarının üzərində isə dünyanın başqa regionlarında müsəlmanlara qarşı hücum təşkil edənlərin adı həkk olunub. 

Hücumu il əvvəldən planlaşdıran Tarrant internetdə paylaşdığı manifestində 2011-ci ildə Norveçdə 77 nəfəri öldürən Anders Breyvikdən ilham aldığını yazıb. 


Oxunma sayı: 8019

Oxşar yazılar