Kriminal

Polis əməliyyat keçirdi: Saxta valyuta ilə alqı -satqi edən 4 nəfər saxlanildi

20 Dekabr 2024, 12:148
Reklam728x90
Reklam320x100

Bakıda saxta valyuta ilə mobil telefon və elektron cihazların alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı polis əməliyyat keçirib.

Avropa.info xəbər verir ki, paytaxt sakini 4 nəfər naməlum şəxsin ondan satışa qoyduğu 3 ədəd mobil telefonu alaraq əvəzində 5000 ABŞ dolları verdiyini, sonradan həmin əsginasların saxta olması ilə bağlı polisə müraciət edib.

Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı İsmayılov Elnur, 60 yaşlı Nəsrullayev İrac, 44 yaşlı Vəliyev Asif və 33 yaşlı Məmmədov İlham müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır, saxta valyutanın mənbəyi öyrənilir

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600