Manşet

Pasinyan Türkiyə ilə bağlı çağırış etdi

18 Sentyabr 2024, 13:3910
Reklam728x90
Reklam320x100

Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmalı, quru sərhədini açmalıdır.

Avropa.info  xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan regionda aqressiya səviyyəsinin azaldılmasının vacib olduğunu vurğulayıb:

“Aydındır ki, bizim Gürcüstan və İranla xüsusi, dərin münasibətlərimiz var və hesab etmirəm ki, burada uzunmüddətli perspektivdə hər hansı münaqişə potensialı var. Düşünürəm ki, Türkiyə ilə də diplomatik əlaqələr qurmalı və quru sərhədini açmalıyıq”.

Paşinyan Türkiyədə Ermənistanla bağlı təsəvvürün dəyişməsinə də diqqət çəkib, hər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların vacibliyini vurğulayıb

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600