Cəmiyyət

Müəllim naziri və agentlik direktorunu tənqid etdi: “Deyirlər, dərsləri bununla keçin”

19 Sentyabr 2025, 10:029
Reklam728x90
Reklam320x100

Müəllim Mirmehdi Rəsul (İbişov) çalışdığı məktəbdəki vəziyyətlə bağlı müraciət edib.

Avropa.info-nun məlumatına görə, Mirmehdi Rəsul bildirir ki, müəllim olduğu Füzuli rayon Qayıdış qəsəbə 7 saylı  tam orta məktəbdə aprel ayından işıq yanmır:

“Trasfarmator yanıb. Təqdimat yazmadığımız qurum qalmayıb. Dərsliklər çatışmır. Məktəb qəzalı vəziyyətdə. Nazirlik üzərinə düşən işin birini də yarıtmır. Bir dəfə də olsun, əlinə jurnal alıb sinfə girməyənlər təhsildən danışır. Nazirimiz problemlərdən elə danışır, elə bil heç bu problemlərə dəxli yoxdur. Hamı bir-birini aldadır. İki övladım bu məktəbdə təhsil alır. Havalar soyuyur. İstilik sistemimiz elektiriklədir. Uşaqlarımı hava soyuyan kimi qoymayacam məktəbə. Dərslik yoxdur. PDF atırlar ki, çıxarın, bununla keçin. Cənab Eşqi Bağırov, Siz bilərsiniz odun peçinə “USB” qoşsaq printer işləyər? O boyda nazirlikdən bir nəfər çap olunmuş dərsliklərə baxmır. Dərsliklərdə elə səhvlər var adam xəcalət çəkir. Baş qarışıb qrant müsabiqələrinə. Molla aşı görüb Quran yaddan çıxıb. Adamın brifinqdə danışdıqları bir başa məhkəmə predmetidir. Yazmaq məcburiyyətindəyəm. Sonu mənimçün yaxşı olmasa da”.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600