Siyasət

Müdafiə naziri Zakir Həsənov baş qərargah rəisi Fayyad bin Hamed Ali-Rovailini qəbul edib

28 Yanvar 2025, 15:441. 002
Reklam728x90
Reklam320x100

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fayyad bin Hamed Ali-Rovailinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Avropa .info xəbər verir ki, görüş zamanı hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb.

Görüşdə hərbi əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600