Gündəm

Milli Məclis toplaşır – Bu gün xüsusi iclas keçiriləcək

9 Sentyabr 2025, 09:129
Reklam728x90
Reklam320x100

Bu gün Milli Məclisin xüsusi iclası keçiriləcək.

Avropa.info xəbər verir ki, deputatlar Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.

Milli Məclisin sədri Sahibə Qafarova müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclas keçiriləcək.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600