Manşet

İmaməli Rəhman Prezident İlham Əliyevə zəng edib

4 Dekabr 2024, 18:5512
Reklam728x90
Reklam320x100

Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman dekabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Avropa .info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Prezident İmaməli Rəhman COP29-un uğurlu təşkilinə görə təbriklərini çatdırıb və onun nəticələrinin qlobal iqlim gündəliyinin irəli aparılması baxımından vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib, İmaməli Rəhmanın COP29-un Liderlər Sammitində iştirakını və bütövlükdə Tacikistan nümayəndə heyətinin müzakirələrə fəal töhfə verdiyini məmnuniyyətlə qeyd edib.

Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid olan aktual məsələlər, həmçinin Tacikistanın MDB-də qarşıdan gələn sədrliyi çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600