Manşet

Ərdoğanın təyyarəsi Laçın aeroportuna eniş etdi – Video

28 May 2025, 11:54124
Reklam728x90
Reklam320x100

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqillik Günü münasibətilə özəl “TUR” təyyarəsi ilə Azərbaycanın Laçın şəhərinə yola düşüb.

Avropa.info xəbər verir ki, onu Esenboğa hava limanında vitse-prezident Cevdet Yılmaz, prezidentin baş katibi Hakkı Susmaz və Ankara valisi Vasip Şahin yola salıblar.

Ərdoğanla yanaşı, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, ticarət naziri Ömer Bolat, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım və digər məmurlar Azərbaycana yola düşüb.

Prezident Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək və Azərbaycanın Müstəqillik Günü ilə bağlı mədəniyyət tədbirə qatılacaq.

***

Türkiyə Prezidenti və nümayəndə heyətini gətirən təyyarə Laçın hava limanına eniş edib.

***

Ərdoğanı Laçın hava limanında Prezident İlham Əliyev qarşılayıb. 

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600