Manşet

Əliyev Kazana getdi, hərbi helikopterlər müşayiət etdi – Video    

23 Oktyabr 2024, 17:1010
Reklam728x90
Reklam320x100

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRKS Sammitinin “Outreach”/”BRİKS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gəlib.Avropa.info Axar.az-a istinadən xəbər verir ki, dövlətimizin başçısının təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib.

Kazan Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov qarşıladı.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600