Cəmiyyət

Elektrikli avtomobili şarj etmək üçün parkinqə də pul verməlisən

19 Sentyabr 2025, 11:299
Reklam728x90
Reklam320x100

Paytaxtın Aşıq Molla Cümə küçəsində elektrikli avtomobillər üçün nəzərdə tutulan şarj məntəqəsi müvafiq park işarəsi ilə nişanlanmayıb. Burda avtomobili park edenden 15 dəqiqə sonra park ödənişi tələb olunur.

Avropa.info milli.az-a istinadən xəbər verir ki, sürücülərin sözlərinə görə isə avtomobili yarım saata şarj etmək olur.

Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, şarj məntəqələrində müvafiq məlumat lövhələri quraşdırılıb. Yalnız belə lövhələr quraşdırılan məntəqələr sırf şarj məntəqələri kimi nəzərdə tutulub. Həmin küçədə isə ümumi park qaydaları tələb olunduğundan park ödənişinin tələb olunması qanunidir.

Həmçinin, qeyd edilir ki, AYNA ilə razılaşmadan sadəcə enerji doldurma avadanlıqları ilə təmin edilməklə təşkil edilən məntəqələr şarj məntəqəsi hesab edilmir. Həmin yerin xüsusi bir rənglə boyanması da oranın şarj məntəqəsi olduğunu göstərmir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600