Hava

Əhaliyə daha bir xəbərdarlıq edildi-39 dərəcə isti olacaq

5 Avqust 2026, 09:5611
Reklam728x90
Reklam320x100

Bakıda və Abşeron yarımadasında avqustun 5-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Avropa.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600