İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində növbəti köç həyata keçirilib.
Avropa.info xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarına ümumilikdə 83 ailə – 333 nəfər köçürülüb.
Bu mərhələdə Xocavənd şəhərinə 36 ailə – 140 nəfər, rayonun Quzeyxırman kəndinə isə 12 ailə – 45 nəfər qayıdib.
Cəbrayıl rayonunun Soltanlı kəndinə 17 ailə – 74 nəfər, Zəngilan rayonunun Cahangirbəyli kəndinə isə 18 ailə – 74 nəfər köçürülüb.
Doğma yurdlarına qayıdanlar indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Onlar həmçinin Azərbaycan Ordusunun hərbçilərinə minnətdarlıqlarını ifadə edib, torpaqların azadlığı uğrunda şəhid olanların xatirəsini ehtiramla anıblar.







