Hadisə

Bakıda zəncirvari qəza-ölən var

22 Sentyabr 2024, 09:398
Reklam728x90
Reklam320x100

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə aeroport şosesinin Suraxanı rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Əvvəlcə “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini eyni istiqamətdə hərəkət edən “Nissan” markalı maşına çırpıb.

Nəticədə maşınlara çox ciddi ziyan dəyməyib.

Lakin eyni istiqamətdə olan “Mercedes” markalı digər avtomobil yüksək sürətlə qəzaya uğramış maşınlara çırpılıb.

Ardı ilə digər “Hyundai” və Chevrolet” markalı maşınlar da qəzaya uğramış nəqliyyat vasitələrinə çırpılıblar.

Avtoqəza zamanı “Opel”in sürücüsü hadisə yerində ölüb.

Qəza ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600