Cəmiyyət

Bakıda bu ərazidə SÜRÜŞMƏ: Ərazi nəzarətə götürüldü

28 Oktyabr 2024, 20:374
Reklam728x90
Reklam320x100

Bakı Kənar Dairəvi yolda ehtimal olunan təhlükənin qarşısı alınıb.

DİN-in mətbuat xidmətindən Avropa.info-ya verilən xəbərə görə, bu gün saat 16 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində iri qaya parçalarının yola doğru sürüşməsi müşahidə edildiyindən dərhal aidiyyəti üzrə məlumat verilməklə ərazi nəzarətə götürülüb.

Hazırda DYP əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə ehtimal olunan təhlükənin qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600