Sosial

Bakıda ağacəkmə aksiyası keçirilib

18 Dekabr 2024, 13:589
Reklam728x90
Reklam320x100

Beynəlxalq Miqrant Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Avropa .info xəbər verir ki, hər iki qurumun rəsmilərinin və əməkdaşlarının, eyni zamanda könüllülərin iştirakı ilə keçirilən aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına və  iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ağacəkmə tədbirləri davam edir.

 





Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600