Manşet

Azərbaycanda bu model avtomobillər kəskin bahalaşıb – VİDEO

24 Mart 2026, 17:3988
Reklam728x90
Reklam320x100

İşlənmiş hibrid avtomobillərin qiymətində kəskin artım müşahidə olunur.

Avropa.info Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobil elanları saytlarında əvvəllər 7-8 min manat arası təklif olunan Yaponiya istehsalı köhnə avtomobillər indi 12 mindən baha təklif edilir.

Avtomobil Dillerləri Assosasiyasının sədri Eyyub Əliyev deyir ki, sözügedən avtomobillərdə müşahidə olunan qiymət artımına səbəb yeni ekoloji təmiz avtomobillərə tətbiq olunan bir sıra güzəştlərin ləğv ounmasıdır.

Eyyub Əliyev hesab edir ki, ötən il bu avtomobillərin qiymətindəki ani enmə nəzərə alınsa, indiki vəziyyəti qiymət artımı yox, qiymətin yerinə qayıtması kimi də şərh etmək olar.

Ekspert vurğulayıb ki, hazırda bu avtomobillərin qiymətində ciddi artım var.

Eyyub Əliyevin sözlərinə görə, bu avtomobillərə olan tələb yenidən taksi fəaliyyəti üçün yox, kuryer xidməti və ya özəl şirkətlərin istifadəsi məqsədilə artıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600