Cəmiyyət

Azər Rəşidoğlu: “Heydər Əliyev Fondundan mənə bildirdilər ki, sağalana qədər dövlət yanımda olacaq”

25 Aprel 2025, 14:2774
Reklam728x90
Reklam320x100
Türkiyənin İstanbul şəhərində tanınmış jurnalist Azər Rəşidoğlunun müalicəsi davam etdirilir.
Avropa.info xəbər verir ki, bu barədə Qaynarinfo-ya jurnalist özü məlumat verib.
Onun sözlərinə görə, həkimlərin tövsiyəsinə əsasən, müalicə hazırkı klinikada aparılmalıdır:
“Müalicəm davam edir. Hələ İstanbuldayam. Yəqin ki, yaxın aylar ərzində bir müddət Türkiyəyə gəlib-gedəcəm. Buradakı həkimlər müalicə aldığım hospitalda ən müasir avadanlıqların olduğunu nəzərə alıb, müalicəm məhz bu klinikada və bu həkimlərin nəzarətində davam etdirilməsini məsləhət görürlər”.
Azər Rəşidoğlu həmçinin Heydər Əliyev Fonduna minnətdarlığını ifadə edib:
“Heydər Əliyev Fondundan mənə bildirdilər ki, sağalana qədər dövlət yanımda olacaq və həkimlərin məsləhətlərini əsas götürəcəklər. Buna görə bir daha Heydər Əliyev Fonduna təşəkkür edirəm. Müalicə uğurla gedir, Azərbaycanın dəstəyini hər an hiss edirəm”.
Qeyd edək ki, Azər Rəşidoğlunun müalicə prosesi ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən qarşılanır və mütəmadi nəzarətdə saxlanılır.
Avropa.info
Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600