Hadisə

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

3 İyun 2026, 09:4327
Reklam728x90
Reklam320x100

 

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avropa.info xəbər verir ki, rayon ərazisində hərəkətdə olan, Əlirza Lətifovun idarə etdiyi minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

 

Qəza nəticəsində avtomobildə olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində həyatını itirib. Digər sərnişin, 41 yaşlı Ramil Həsənov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Avropa.info-nun  sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600