Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ-ın yeni dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.
Avropa .info xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Danışıq zamanı Türkiyənin XİN başçısı Marko Rubioya yeni vəzifəsində uğurlar diləyib.
Tərəflər arasında Türkiyə və ABŞ-nin iki müttəfiq olaraq, əməkdaşlıqlarını qarşılıqlı hörmət və etibar əsasında davam etdirmək istiqamətindəki qətiyyətləri vurğulanıb, regional məsələlərdə koordinasiya şəklində hərəkət etmənin əhəmiyyətinə toxunulub