07 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Əhaliyə şad xəbər: Sərhədlər açıla bilər

Sentyabr 18, 2024
Cəmiyyət, Manşet
A A

COVİD-19 pandemiyası ilə əlaqədar olaraq 2020-ci ilin martında tətbiq olunan xüsusi karantin rejimi nəticəsində Azərbaycanın quru sərhədləri bağlanıb. Hazırda Azərbaycanda xüsusi karantin rejiminin vaxtı oktyabrın 1-nə qədər növbəti dəfə uzadılıb.Avropa.info xəbər verir ki, hər karantin müddəti bitməyə yaxın quru sərhədlərinin açılacağı ilə bağlı mövzu aktuallaşır. Bəllidir ki, bu ilin noyabrında  Azərbaycan COP29 tədbirlərinə ev sahibliyi edəcək. Bu səbəbdən də çoxsaylı xarici vətəndaşın Azərbaycana gələcəyi planlaşdırılır.

Yada salaq ki, apreldə ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən forum zamanı Prezident İlham Əliyev quru sərhədləri barədə də danışıb. O, quru sərhədlərinin bağlı qalmasının səbəbindən bəhs edib. Dövlət başçısı bildirib ki, quru sərhədinin bağlı saxlanması qərarı COVİD səbəbi ilə verilib.

“Biz hələ də formal olaraq karantin mərhələsindəyik, eyni zamanda açıq deməliyik ki, sərhədlərin bağlı qalması qərarı təkcə buna əsaslanmır. Biz indi görürük ki, artıq bir müddət keçdikdən sonra sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Əvvəlki dövrlərdə belə hallar çox olub, bəziləri açıqlanıb, digərlərini ictimailəşdirməmişik. Kənardan ciddi təhlükə və problemlərlə üzləşirdik. Bütün potensial risklərimizin kənardan ola biləcəyini deyəndə, məhz bunu nəzərdə tuturdum. Məncə, təfərrüatlara çox varmasam, başa düşəcəksiniz. Amma Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu, reallıqdır. Bəli, insanlar bunu nəzərə almalıdırlar. Biz başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hisslərdən və ya bütün digər səbəblərdən üstün olmalıdır. Xüsusən də şimal sərhədimizdə müharibə, cənub sərhədimizdə böhran olduğu bir vaxtda. Ətrafda isə yağışdan sonra göbələk kimi yaranan yeni münaqişə zonası var və mən hesab edirəm ki, Azərbaycan xalqı bunu başa düşür”, – dövlət başçısı qeyd edib. Dövlət başçısı bildirib ki, məsuliyyətli olmaq lazımdır: “Deməli, quru sərhədinin açılması ilə bağlı məqam hələ ki yetişməyib”.

“Quru sərhədlərinin müvəqqəti olaraq açılacağı ilə bağlı məlumatlar  doğrudur. Amma həmişəlik açılması məsələsi hələ  sual altındadır”. Bu sözləri isə Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza deyib. O bildirib ki, quru sərhədlərin müvəqqəti bağlanmasında fayda var: “Çünki regionda müəyyən proseslərin getməsi, qonşu dövlətlərdə olan agentura şəbəkəsinin Azərbaycana müdaxiləsi və bir çox səbəblər var ki, sərhədlərin nəzarətdə saxlanılmasında fayda var. Ona görə də dövlət bu təhlükəsizlik qaydalarına əməl edərək bu cür addımlar atır. Nə zaman tamamən açılacağı isə COP29 hadisəsindən sonra ola bilər. Regionda bir sıra dəyişikliklər və təhlükəsizlik qaydalarının maksimuma qaldırılması, ölkələr arasında anlaşmalar müsbət nəticə göstərərsə, açıla bilər”.

Məsələ ilə bağlı TNS-in sorğusunu cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumatı nə təsdiq, nə də təkzib edib. Qurum rəsmisi bildirib ki, sərhədlərin açılıb-açılmaması ilə bağlı dəqiq məlumatı yoxdur: “Bu barədə məlumatım yoxdur. Bir məlumat olarsa, ictimaiyyətə bildiriləcək”.  yenimusavat

Əvvəlki Yazı

İran səfiri partlayışda gözünü ititib

Növbəti Yazı

Kütləvi davada tələbəyə 5 xəncər zərbəsi vurdu

XƏBƏR LENTİ

İstanbulda metrobüs yanğın baş verib -Fotolar

İstanbulda metrobüs yanğın baş verib -Fotolar

07 İyul 2025 / 19:55
12
Peskov: “Vəziyyət sürətlə gərginləşir. Gözlənilməzlik zirvəsindədir”

Peskov: “Rusiyalı diplomatlar Azərbaycan tərəfi ilə daim əlaqə saxlayır”

07 İyul 2025 / 15:34
15
Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı

Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı

07 İyul 2025 / 13:34
4
Keçmiş hökumət sədri Tornike Rijvadze özünə qəsd edib

Keçmiş hökumət sədri Tornike Rijvadze özünə qəsd edib

07 İyul 2025 / 12:49
16
Nazir Fidan: İsrailin təcavüzü nəzarət altına alınmasa, onun nəticələri qlobal miqyasda hiss olunacaq

Nazir Fidan: İsrailin təcavüzü nəzarət altına alınmasa, onun nəticələri qlobal miqyasda hiss olunacaq

07 İyul 2025 / 12:27
16
Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi etmək üçün müraciət ediblər

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi etmək üçün müraciət ediblər

07 İyul 2025 / 12:09
9
Baş DYP idarəsi radarlarla bağlı müraciət yaydı

Baş DYP idarəsi radarlarla bağlı müraciət yaydı

07 İyul 2025 / 12:01
1
Zəhərli göbələk tərəfindən qətl: Erin Patterson günahkar bilindi

Zəhərli göbələk tərəfindən qətl: Erin Patterson günahkar bilindi

07 İyul 2025 / 9:49
2
Türkiyədən acı xəbər: Şəhid sayı 12-yə yüksəldi

Türkiyədən acı xəbər: Şəhid sayı 12-yə yüksəldi

07 İyul 2025 / 9:41
21
BRİKS sammitinin birgə bəyanatı: İsraili Fələstin torpaqlarından çəkilməyə çağırıb

BRİKS sammitinin birgə bəyanatı: İsraili Fələstin torpaqlarından çəkilməyə çağırıb

07 İyul 2025 / 8:35
6
İsrail Husilərə qarşı “Qara Bayraq” əməliyyatına başladı

İsrail Husilərə qarşı “Qara Bayraq” əməliyyatına başladı

07 İyul 2025 / 8:14
50
Fələstin İsrailin Əl-Əqsa məscidinə basqınlarının artacağı ilə bağlı xəbərdarlıq edib

Fələstin İsrailin Əl-Əqsa məscidinə basqınlarının artacağı ilə bağlı xəbərdarlıq edib

07 İyul 2025 / 8:01
34
Tramp ikinci müddətində üçüncü dəfə Netanyahuya ev sahibliyi edəcək

Tramp ikinci müddətində üçüncü dəfə Netanyahuya ev sahibliyi edəcək

07 İyul 2025 / 7:47
38
Suriya hakimiyyətində yeni sima: Əhməd əl-Dalati kimdir?

Suriya hakimiyyətində yeni sima: Əhməd əl-Dalati kimdir?

06 İyul 2025 / 8:21
33
Trampla hər danışıqdan sonra Putinin iştahı artır: “Bir nəfər dövlət mexanizmlərini dağıda bilərmiş”

Trampla hər danışıqdan sonra Putinin iştahı artır: “Bir nəfər dövlət mexanizmlərini dağıda bilərmiş”

05 İyul 2025 / 22:40
147
Ələt – Culfa dəmir yolunun tikintisində Azərbaycan Cümhuriyyəti hökumətinin fəaliyyəti

Bir yol, üç mühüm MƏRHƏLƏ: Zəngəzur dəhlizinin geosiyasi ƏHƏMİYYƏTİ

05 İyul 2025 / 22:29
5
Kür çayında katerlər toqquşdu – Yaralılar var – YENİLƏNİB

Kür çayında katerlər toqquşdu – Yaralılar var – YENİLƏNİB

05 İyul 2025 / 18:25
3
Prezident İlham Əliyev İƏT-in Xankəndi Zirvə görüşündən sosial şəbəkədə paylaşım edib – VİDEO

Prezident İlham Əliyev İƏT-in Xankəndi Zirvə görüşündən sosial şəbəkədə paylaşım edib – VİDEO

04 İyul 2025 / 22:49
5
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

04 İyul 2025 / 22:16
4
Xankəndidə TARİXİ ANLAR – Liderlər arasında səmimi söhbət

Xankəndidə TARİXİ ANLAR – Liderlər arasında səmimi söhbət

04 İyul 2025 / 20:19
3
Şuşada rəsmi nahar- FOTO

Şuşada rəsmi nahar- FOTO

04 İyul 2025 / 19:42
2
İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb

İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb

04 İyul 2025 / 18:52
3
İlham Əliyevlə Pezeşkianın görüşü keçirildi – FOTO -YENİLƏNİB

İlham Əliyevlə Pezeşkianın görüşü keçirildi – FOTO -YENİLƏNİB

04 İyul 2025 / 18:50
2
“Rəqəmsal dövrdə uşaq və yeniyetmələr: Zərərli vərdişlər və çıxş yolları” adlı videoslayd təqdim edilib

“Rəqəmsal dövrdə uşaq və yeniyetmələr: Zərərli vərdişlər və çıxş yolları” adlı videoslayd təqdim edilib

04 İyul 2025 / 15:45
18
Pezeşkian Azərbaycana səfərə gəlib

Pezeşkian Azərbaycana səfərə gəlib

04 İyul 2025 / 10:15
5
Ərdoğan Xankəndinə yola düşdü

Ərdoğan Xankəndinə yola düşdü

04 İyul 2025 / 10:11
3
Parlamentdə ŞOK OLAY: 100-dən çox millət vəkili və əməkdaş xəstəxanalıq oldu

Parlamentdə ŞOK OLAY: 100-dən çox millət vəkili və əməkdaş xəstəxanalıq oldu

04 İyul 2025 / 10:07
6
Suriyada inqilabi yenilik – Dövlət gerbi dəyişdirildi

Suriyada inqilabi yenilik – Dövlət gerbi dəyişdirildi

04 İyul 2025 / 9:54
4
Tramp elan edəcək: Atəşkəsin açıqlanacağı tarix bəlli oldu

Tramp elan edəcək: Atəşkəsin açıqlanacağı tarix bəlli oldu

04 İyul 2025 / 9:48
3
Baş nazir imzaladı: Bu şəxslərə 6 min manat ödəniləcək

Baş nazir imzaladı: Bu şəxslərə 6 min manat ödəniləcək

04 İyul 2025 / 9:40
3
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.