Kriminal

Türkiyənin Məşhur aparıcısi və əri saxlanıldi

27 Noyabr 2026, 13:40216
Reklam728x90
Reklam320x100

Türkiyənin Halk TV telekanalı ilə bağlı istintaq çərçivəsində üçüncü əməliyyat dalğası keçirilib. Telekanalın proqram koordinatoru Kürşad Oğuz, aparıcı Ece Üner və onun həyat yoldaşı Deniz Bayramoğlu da daxil olmaqla 12 nəfər barəsində həbs qərarı çıxarılıb.

Avropa.info xəbər verir ki, bu barədə “Artı Gerçek” məlumat yayıb.

Məlumata görə, əməliyyat çərçivəsində 9 nəfər saxlanılıb. Digər şəxslərdən birinin xaricdə olduğu, birinin başqa cinayət işi üzrə həbsdə saxlanıldığı, bir nəfərin isə qaçaq olduğu bildirilir.

Qeyd edək ki, sözügedən istintaq Halk TV-yə qəyyum təyin edilməsi ilə nəticələnən Cəfər Mahiroğlu işi ilə əlaqələndirilir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600