İndoneziyanın Banten bölgəsindəki qənnadı məmulatları istehsalı fabrikində baş verən yanğında ölənlərin sayı 24-ə yüksəlib. Xilasetmə qrupları yanan dağıntılar altında çökmək təhlükəsi ilə üzləşən strukturlara baxmayaraq, itkin düşmüş təxminən 30 nəfəri axtarmaq üçün işlərini davam etdirir.
Avropa.info xəbər verir ki, Səlahiyyətlilər, paytaxt Cakartadan təxminən bir saatlıq məsafədə, Banten əyalətinin Cikande şəhərindəki PT Uzmansa Agung Mulia qənnadı fabrikinin binasında şənbə günü axşam saatlarında baş verən yanğının səbəbini araşdırmağa davam edir.
Prezidentin əmək məsələləri üzrə müşaviri Səid İqbal jurnalistlərə açıqlamasında 24 nəfərin öldüyünü, təhlükəsizlik protokollarının icrasının qiymətləndirildiyini və açıqlama üçün fabrikin top menecerini (CEO) çağıracağını bildirib. Səid bildirib ki, ilkin məlumatlara görə, yanğına kondisionerdəki qısaqapanma səbəb ola bilər.
Fabrikin baş direktoru Steven Erwin Wijaya, şənbə günü növbə üçün fabrik kompleksində təxminən 300 nəfərin olduğunu bildirdi.
Xilasetmə qrupları hələ də itkin düşən təxminən 30 nəfərin dağıntılar altında axtarışlarını davam etdirir.



