Perunun Junin bölgəsində 6,7 bal gücündə zəlzələ baş verib.
Avropa.info xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) 6,7 bal gücündə zəlzələnin episentrinin Junin bölgəsindəki Karhuamayo qəsəbəsindən 9 kilometr şimal-şərqdə olduğunu açıqlayıb.
Yerin 108 kilometr dərinliyində baş verən zəlzələ paytaxt Lima bölgəsində, Juninlə bitişikdə də hiss olunub.
Milli Mülki Müdafiə İnstitutu (INDECI) zəlzələdən sonra indiyədək heç bir can və ya mal itkisinin qeydə alınmadığını açıqlayıb.




