Şəmkirdə evdən iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatları məlum olub.
Avropa.info-nun məlumatına görə, hadisənin qətl olduğu bildirilir.
İlkin məlumata görə, meyitləri tapılan rayon sakini 1968-ci il təvəllüdlü R.Mustafayev onun birgə yaşayan 1986-cı il təvəllüdlü Y.Süleymanovanın aralarında mübahisə baş verib.
Bu zaman kişi qadının başına küt alətlə zərbələr endirib. Qadın hadisə yerində ölüb. R.Mustafayev qadın öləndən sonra özünə kəcisi alətlə xəsarət yetirib. O da hadisə yerində həyatını itirib.
Faktla bağlı Şəmkir rayon prokrorluğunda araşdırma gedir.




