Hadisə

Norveç təyyarəsi təcili Bakıya eniş etdi

15 Noyabr 2024, 09:316
Reklam728x90
Reklam320x100

Norveçin “Norse Atlantic Airways” aviaşirkətinin Brno–Phuket reysini yerinə yetirən hava gəmisinin kapitanı yanacaq doldurmaq zərurəti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Avropa.info xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, “Boeing 787” təyyarəsi yerli vaxtla saat 07:55-də uğurla Bakı aeroportuna eniş edib. Marşrutun dəyişdirilməsi nəticəsində uçuş müddətinin uzanması səbəbindən komandir yanacaq doldurma qərarına gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportu yanacaq doldurulması və reysin davam etdirilməsi üçün bütün zəruri şəraiti operativ şəkildə təmin edib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600