Manşet

Mehriban Əliyeva Xalq Rəssami Fərhad Xəlilovu təbrik etdi

26 Oktyabr 2026, 12:5519
Reklam728x90
Reklam320x100

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib.

Avropa.info xəbər verir ki, o, bununla bağlı “Instagram” hesabında paylaşım edib.

“Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur.

Hörmətli Fərhad müəllim!

Sizi 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Çoxillik əməyinizə, incəsənətə sədaqətlə xidmətinizə, ənənələrlə zəngin olan Azərbaycan təsviri sənətinin inkişafına verdiyiniz böyük töhfələrə görə çox sağ olun! Uca Allah Sizi və doğmalarınızı qorusun!”, – paylaşımda deyilir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600