Manşet

FIFA-nın prezidenti Canni İnfantino Prezident İlham Əliyevlə görüşdən paylaşım etdi-Fotolar

29 Sentyabr 2026, 16:0824
Reklam728x90
Reklam320x100

Bakıda səfərdə olan FIFA-nın prezidenti Canni İnfantino Prezident İlham Əliyevlə görüşünə dair paylaşım edib.

Avropa.info xəbər verir ki, “Instagram” hesabında paylaşım edən FIFA rəhbəri Azərbaycanın dövlət başçısı ilə görüşməkdən qürur duyduğunu bildirib.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Bakıda görüşməkdən və FIFA-nı dəstəklədiyinə, həmçinin ilk dəfə keçirilən FIFA U-15 Dünya Kuboku və Festivalına ev sahibliyi etdiyinə görə ona təşəkkür etməkdən qürur duydum! Prezident İlham Əliyev futbolun gənclərə imkanlar yaratmaqda və icmaları birləşdirməkdə oynaya biləcəyi rolun fərqindədir”, – deyə İnfantino vurğulayıb.

O həmçinin paylaşımına görüşdən fotolar da əlavə edib.



Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600