Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 4 nəfər prokurorluq əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib.
Avropa.info xəbər verir ki, Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının yaradılması günü münasibətilə keçirilən tədbirdə Sərəncamı elan edib.
K.Əliyev prokurorlara ali xüsusi və ali hərbi rütbələri şəxsən təqdim edib.






























