Cənubi Kipr Rum Administrasiyasının (GKKK) Larnaka Hava Limanından yola düşməyə hazırlaşan sərnişin təyyarəsinin sərnişinlərinin bomba olduğu xəbəri aldıqdan sonra təxliyyə edildiyi bildirilib.
Avropa.info xəbər verir ki, Yunan mətbuatında yer alan xəbərə görə, Kipr Rum Administrasiyasının Larnaka şəhərindən İtaliyaya yola düşməyə hazırlaşan sərnişin təyyarəsində bomba olduğu xəbəri yayılıb.
Xəbərdarlığı alan təyyarə uçuş-enmə zolağından geri qaytarılıb, yenidən aprona çəkilib və sərnişinlər təxliyə edilib.
Polis rəsmiləri hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb






























