10 - 05 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak edib

Noyabr 6, 2024
Manşet
A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Prezident Administrasiyasına gəldi.

Avropa.info xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Daha sonra Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclası başladı.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli Sadır Nurqojoyeviç.

Hörmətli dövlət və hökumət başçıları.

İlk növbədə, qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə Qırğız Respublikasının Prezidenti Sadır Nurqojoyeviç Japarova təşəkkür edirəm.

Bu, mənim son iki ildə Qırğız Respublikasına üçüncü səfərimdir. Hər səfərimdə Sadır Nurqojoyeviçin rəhbərliyi ilə ölkədə inkişafın şahidi oluram. Əldə edilmiş bütün uğurlar münasibətilə qardaş Qırğızıstanı təbrik edirəm.

Həmçinin Türk Dövlətləri Təşkilatına uğurlu sədrliyinə görə Qazaxıstanı təbrik edirəm.

Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir.

Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək.

Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib.

Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.

Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır.

2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir.

Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.

Ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərmizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər.

Fürsətdən istifadə edərək Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim.

Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür.

Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər.

Diqqətinizə görə təşəkkür edirəm.

***11:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Prezident Administrasiyasına gəldi.

Avropa .info xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Daha sonra Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclası başladı.

 

 

***11:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak etmək üçün Prezident Administrasiyasına gəldi.Avropa.info xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov dövlətimizin başçısını qarşıladı.

Əvvəlki Yazı

Əminəm ki, onlar COP29-da fəal iştirak edəcəklər – Prezident

Növbəti Yazı

“Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib”-Prezdent İlham Əliyev

XƏBƏR LENTİ

Abdullah Eren: 59 tələbəyə “Türkiyə təqaüdləri” verilib

Abdullah Eren: 59 tələbəyə “Türkiyə təqaüdləri” verilib

09 May 2025 / 22:47
109
Space TV-də Gərgin Anlar: Tolik işçiləri ilə dalaşdı -Video

Space TV-də Gərgin Anlar: Tolik işçiləri ilə dalaşdı -Video

09 May 2025 / 15:47
8
Respublika Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən silsilə materiallar hazırlanıb

09 May 2025 / 13:40
111
Respublika Gənclər Kitabxanasında “9 May Faşizm üzərində Qələbə Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilir

Respublika Gənclər Kitabxanasında “9 May Faşizm üzərində Qələbə Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilir

09 May 2025 / 13:17
79
Paşinyan yenə gülünc vəziyyətə düşüb -VİDEO

Paşinyan yenə gülünc vəziyyətə düşüb -VİDEO

09 May 2025 / 13:10
39
Prezident İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertsə təbrik məktubu göndərib

09 May 2025 / 13:05
70
Qəhrəman Azərbaycan ordusu paradda keçid etdi-Video

Qəhrəman Azərbaycan ordusu paradda keçid etdi-Video

09 May 2025 / 12:59
56
Heydər Əliyev-millətin qurtuluş lideri

Heydər Əliyev-millətin qurtuluş lideri

09 May 2025 / 12:52
57
ABŞ senatoru Sanders: Tarix Qəzzanın kabusunda şərikliyimizi bağışlamayacaq

ABŞ senatoru Sanders: Tarix Qəzzanın kabusunda şərikliyimizi bağışlamayacaq

09 May 2025 / 9:34
29
Anqola Prezidenti Prezident İlham Əliyevə zəng edib

Anqola Prezidenti Prezident İlham Əliyevə zəng edib

09 May 2025 / 9:04
43
Tramp: Çin bizimlə razılaşmaq istəyir

Tramp: Çin bizimlə razılaşmaq istəyir

08 May 2025 / 20:48
1
Hindistan Pakistana hava yollarıni bağlamağı nəzərdən keçirir

Pakistan Hindistanda mülki insanları hədəfə almaq ittihamlarını rədd edir

08 May 2025 / 20:42
8
ABŞ və Britaniya ticarət sazişi imzaladı

ABŞ və Britaniya ticarət sazişi imzaladı

08 May 2025 / 20:28
53
“AzerGold” QSC şəhid və müharibədə yaralananların ailələri ilə bağlı növbəti sosial layihənin icrasına başlayıb – FOTOLAR

“AzerGold” QSC şəhid və müharibədə yaralananların ailələri ilə bağlı növbəti sosial layihənin icrasına başlayıb – FOTOLAR

08 May 2025 / 20:05
56
Rusiya və Çin liderləri Moskvada bir arada

Rusiya və Çin liderləri Moskvada bir arada

08 May 2025 / 16:53
42
Prezident İlham Əliyev Məmmədbağır Əliyevi təltif etdi

Bir qrup incəsənət xadimləri Prezident mükafatı alacaq – Siyahı

08 May 2025 / 16:47
42
Prezident İlham Əliyev-İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır

Prezident İlham Əliyev bu rayona büdcədən 5 milyon ayırdı

08 May 2025 / 16:40
90
Prezident İlham Əliyev sərəncam imzaladı

Prezident sərəncam imzaladı: Bir qrup mədəniyyət işçisi prezident fərdi təqaüdü alacaq

08 May 2025 / 16:34
90
Beynəlxalq axtarışda olan 4 nəfər Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan 4 nəfər Azərbaycana ekstradisiya edildi

08 May 2025 / 16:01
42
ictimai fəal Əhməd Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib

ictimai fəal Əhməd Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib

08 May 2025 / 15:53
57
Ümumilli lider Heydər Əliyevin 102-ci ildönümü Həştərxan şəhərində qeyd edildi -Fotolar

Ümumilli lider Heydər Əliyevin 102-ci ildönümü Həştərxan şəhərində qeyd edildi -Fotolar

08 May 2025 / 15:23
115
 İsrail ordusu Livanın cənubuna silsilə hava zərbələri endirib

 İsrail ordusu Livanın cənubuna silsilə hava zərbələri endirib

08 May 2025 / 14:32
70
 İsrail ordusu İordan çayının qərb sahilində 45 fələstinlini həbs edib

 İsrail ordusu İordan çayının qərb sahilində 45 fələstinlini həbs edib

08 May 2025 / 14:22
55
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi

“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi

08 May 2025 / 14:17
2
Ehtiram Mehtiyev: “Bu prinsipal qərara görə Dövlət Başçısı Cənab İlham Əliyevə təşəkkür edirik

Ehtiram Mehtiyev: “Bu prinsipal qərara görə Dövlət Başçısı Cənab İlham Əliyevə təşəkkür edirik

08 May 2025 / 12:49
341
“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti – Fotolar

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti – Fotolar

08 May 2025 / 12:04
64
“Mümkündür ki, Türkiyə ABŞ, Ərdoğan Tramp arasında münasibətlərin korlanması üçün provokasiyalar, cəhdlər olsun”-Vüqar Dadaşov

“Yaxın Şərqin siyasi mənzərəsi bu iki dövlətin arasında bölüşdürülən maraqlara uyğunlaşdırılır”-Vüqar Dadaşov

08 May 2025 / 10:46
256
Pakistanda aeroport yaxınlığında partlayış baş verib-Video

Pakistanda aeroport yaxınlığında partlayış baş verib-Video

08 May 2025 / 10:22
60
Cənubi Koreya və Yaponiya Şimali Koreyanın ballistik raketlər buraxdığını bildirib

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın ballistik raketlər buraxdığını bildirib

08 May 2025 / 9:26
47
2020-ci ildə doğulan 100 milyon uşaq həyatı boyu həddindən artıq istilərə məruz qalacaq

2020-ci ildə doğulan 100 milyon uşaq həyatı boyu həddindən artıq istilərə məruz qalacaq

08 May 2025 / 8:48
42
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.