24 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

PKK/YPG Suriyada iki ərəb uşağı qətlə yetirdi, ABŞ “müttəfiqi” SDQ-yə ultimatum verdi: Dəməşqə təslim olun!

İyul 12, 2025
Araşdırma, Manşet, Redaktorun Seçimi
A A

Bəşər Əsədin devrilməsindən sonra ötən yeddi ay ərzində 78 xarici hökumətin və çoxsaylı beynəlxalq təşkilatın nümayəndələri Suriya prezidenti Əhməd əl-Şaraa və keçid administrasiyası ilə görüşmək üçün Dəməşqə səfər edib. Bu modern siyasi tarixdə görünməmiş hadisədir. Avropa.info xatırladır ki, daha öncə yıxıcı vətəndaş müharibəsindən çıxan heç bir ölkə bu qədər sürətli və geniş diplomatik əlaqələr qura bilməmişdi.

Ekspertlərin fikirincə, Suriyanın son aylarda əldə etdiyi irəliləyiş 50 ildən çox Əsəd diktaturasının mirası və 13 illik dağıdıcı münaqişə ilə müqayisədə diqqətəlayiqdir. Son 50 ildə ölkəyə qarşı tətbiq edilən bütün sanksiyalar və məhdudiyyətlər ləğv edilib və ya dayandırılıb. Suriya sürətlə regional və beynəlxalq təşkilatlara yenidən inteqrasiya olunur. Prezident Əl-Şaraanın gələn ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edəcəyi gözlənilir ki, bu da 1967-ci ildən bəri 58 il ərzində bunu nail olan ilk Suriya lideridir.

İqtisadi baxımdan Suriya iqtisadiyyatı son illərdə ilk real bərpasını yaşayır. Son həftələrdə Türkiyə, Azərbaycan, Qətər, Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ və İordaniya, eləcə də Fransa və ABŞ şirkətləri ilə 20 milyard dolları keçən müqavilələr, anlaşma memorandumları imzalanıb. Bu mənada Azərbaycanın enerji şirkəti SOCAR-la imzalanan anlaşma memorandumu da diqət çəkir.

Uzun sürən münaqişədən çıxan hər bir ölkə kimi, Suriya da təbii olaraq keçid dövrü ədaləti, milli barışıq, tərksilah, döyüşçülərin reinteqrasiyası, etnik və məzhəb icmalarının hüquqlarının müdafiəsi kimi problemlərlə üzləşir. Bununla belə, ölkədə hamını təəccübləndirən nisbi sabitlik hökm sürür. Yanvar ayında sahil boyunda başlayan nusayri üsyanından bu yana son iki ayda heç bir hücum baş verməyib. İŞİD təhlükəsi əhəmiyyətli olaraq qalsa da, Suriya hökuməti ilə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya arasında kəşfiyyat məlumatlarının mübadiləsi və əməliyyat koordinasiyası yüksək effektivliyə malikdir.

Yeganə olaraq əsas özəyini terror təşkilatı PKK/YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) məsələsi Suriyanın sabitliyi üçün ən böyük problem olaraq qalır. Ötən ilin martında Suriya lideri Şaraa ilə SDQ komandiri Mazlum Abdi arasında imzalanmış çərçivə sazişində heç bir nəzərəçarpacaq irəliləyiş əldə edilməyib. Hələbin şimal-şərqində atəşkəsə və SDQ-nin nəzarətində olan ərazilərdən mərkəzi hökumətə neft satışının davam etməsinə baxmayaraq, iki tərəf arasında etimadsızlıq davam edir. Beləliklə də SDQ məsələsi hər an gərginliyi yenidən alovlandıra biləcək saatlı bomba olaraq qalır.

Avropa.info-nun məlumatına görə, SDQ dəfələrlə öz qüvvələrini və ağır silahlarını Hələbin şimal-şərqində Suriya ordusu ilə təmas xəttində yenidən yerləşdirməyə cəhd etməklə, atəşkəs razılaşmasının tərksilah müddəalarını pozub. Bu cəhdlər ABŞ qüvvələrini SDQ konvoylarını öz mövqelərinə geri qaytarmağa məcbur etmək üçün dəfələrlə müdaxilə etməyə məcbur edib. Məsələlər 26 iyun və 2 iyulda iki ayrı insidentdə iki ərəb uşağının PKK/YPG-li terrorçular tərəfindən öldürülməsindən sonra daha da gərginləşib. Bölgədəki ərəb icması ilə SDQ arasında gərginlik pik həddə çatıb.

İyunun 29-da Suriya Daxili İşlər Nazirliyinin nümayəndə heyəti Qamışlı və Həsəkə şəhərlərinə ABŞ-ın köməkliyi ilə səfəri zamanı SDQ komandirlərinə mərkəzsizləşdirmənin üstünlükləri barədə geniş danışıblar. Ancaq keçirilən iki toplantıda hökumət nümayəndələri PKK terror təşkilatının lideri Abdullah Öcalanın portreti asılmış otaqda oturmağa məcbur edilib və bu görüntülər ictimaiyyətə açıqlanıb.

Bu səfərdən cəmi on gün əvvəl isə iyunun 19-da SDQ gözlənilmədən Qamışlı hava limanını idarə edəcək “ümumi administrasiya”nın yaradıldığını elan etdi. Suriyanın Dəməşq Mülki Aviasiya İdarəsi bu hərəkətə dərhal etiraz edərək, bunu beynəlxalq hüququn pozulması olduğunu bəyan edib. Bu hadisələr düşmənçiliyin dərinliyini ortaya qoyur və son aylarda İsrailin dəstəyini alan SDQ-nin hərtərəfli razılığa gəlməkdən nə qədər uzaq olduğunu nümayiş etdirir.

Ancaq, Türkiyənin ABŞ-dan israrlı tələbləri ilə iyulun 9-da Dəməşqdə hökumət və SDQ təmsilçilərinin bir araya gətirildiyi tarixi sammit keçirildi. Mənbələr əsas özəyini PKK/YPG-nin təşkil etdiyi SDQ nümayəndə heyətinin müstəqil hərbi strukturunun qorunub saxlanması şərti ilə Suriya ordusuna inteqrasiyanı irəli sürdüyünü, Dəməşq hökumətinin bunu kəskin şəkildə rədd etdiyini bildirirlər. SDQ həmçinin, PKK bayrağı altında fəaliyyətlərini davam etdirməklə yanaşı, Suriyanın şimalında faktiki olaraq muxtariyyət tələb edib.

SDQ-nin bu tələbləri ABŞ və Fransa təmsilçiləri arasında da xəyal qırıqlığına səbəb olub. ABŞ-ın xüsusi nümayəndəsi Tomas Barrak SDQ-ni tənqid edərək, federalizmin Suriya kontekstində uyğun olmadığını bildirib. “Yalnız bir yol var, o da Dəməşqdən keçir” deyə o, “vaxtın daraldığını” vurğulayıb. Barrakın həm də ABŞ-ın Türkiyədəki səfiri vəzifəsini tutması separatçıları çətin duruma salıb. Bu arada Türkiyənin CNN telekanalına da açıqlama verən Barrak SDQ-nin əslində PKK olduğunu və ABŞ-ın terrorçulara “dövlət” sözü vermədiyini bildirib.

Daha öncə SDQ-nin ən yaxın müdafiəçilərindən biri olan ABŞ ordusu da prioritetlərini dəyişərək, Suriya keçid hökumətinin səlahiyyətlərini gücləndirməyə diqqət yetirir. ABŞ ordusundan edilən son açıqlamalarda Suriyada federalizmə yer olmadığı və SDQ-nin tamamilə ləğv edilməli olduğu bildirilir.

İllərdir ki, Suriyanın şimalındakı İŞİD-çilərin saxlanıldığı düşərgələr və həbsxanalar SDQ-nin beynəlxalq təsirinin ən mühüm alətləri olub. Bununla belə, prezident Trampın ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyaları ləğv edən son sərəncamında bu həbsxanaların məsuliyyətinin Suriyanın keçid hökumətinə verilməsi də yer alıb.

2024-cü ilin dekabrında Türkiyənin dəstəyi ilə Bəşər Əsədin devrilməsi SDQ üçün kritik an oldu. Aylar keçdikcə bu taleyüklü an əsas özəyini PKK/YPG-nin formalaşdırdığı SDQ üçün əsl ekzistensial təhlükəyə çevrilməyə başladı. Ekspertlərin fikirincə, bütün tərəflərin Suriyada sabitlik istədiyi bir vaxtda SDQ-nin bu incə xəttə toxunmasına uzun zaman dözülməyəcək.

Avropa.info Analitik Qrupu

Əvvəlki Yazı

Putin İranın nüvə silahı əldə etməsinə qarşı çıxdı – Tehran-Moskva xəttində gərginlik

Növbəti Yazı

Nigeriyada 161 milyon insan qida çatışmazlığı ilə üzləşib

XƏBƏR LENTİ

Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

24 İyun 2026 / 11:17
4
Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı –  ADY -dən açıqlama

Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı – ADY -dən açıqlama

24 İyun 2026 / 10:38
9
Regionxeber saytının baş redaktoru həbs edildi

Regionxeber saytının baş redaktoru həbs edildi

24 İyun 2026 / 10:33
2
Azərbaycandan Ermənistana növbəti yük göndərildi

Azərbaycandan Ermənistana növbəti yük göndərildi

24 İyun 2026 / 9:56
1
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

24 İyun 2026 / 9:50
1
“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

24 İyun 2026 / 9:46
1
Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

24 İyun 2026 / 9:28
1
İranda 5,4 bal gücündə zəlzələ baş verib

Filippində güclü zəlzələ baş verib

24 İyun 2026 / 9:15
1
Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

24 İyun 2026 / 9:00
1
İran parlamentinin sədri Azərbaycanda rəsmi səfərdə

İran parlamentinin sədri Azərbaycanda rəsmi səfərdə

24 İyun 2026 / 8:54
1
Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Azərbaycana səfərə gəlib

Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Azərbaycana səfərə gəlib

24 İyun 2026 / 8:44
1
Belarus çətin vəziyyətdə: Kreml vəziyyətin gərginləşməsinə artıq reaksiya verib

Belarus çətin vəziyyətdə: Kreml vəziyyətin gərginləşməsinə artıq reaksiya verib

24 İyun 2026 / 8:39
1
ABŞ İrana güzəşt etdi

ABŞ İrana güzəşt etdi

24 İyun 2026 / 8:29
1
Səməd Ağaoğlu haqqında monoqrafiya yayımlandı

Səməd Ağaoğlu haqqında monoqrafiya yayımlandı

23 İyun 2026 / 23:35
3
Misir Mədəniyyət Mərkəzində “Mədəniyyətlərin səsi” sərgisi keçirilib – FOTOLAR

Misir Mədəniyyət Mərkəzində “Mədəniyyətlərin səsi” sərgisi keçirilib – FOTOLAR

23 İyun 2026 / 23:32
47
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır

Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır

23 İyun 2026 / 16:36
4
Ukrayna ordusu Krımdakı vacib körpünü darmadağın etdi – Foto

Ukrayna ordusu Krımdakı vacib körpünü darmadağın etdi – Foto

23 İyun 2026 / 16:14
3
Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdi

23 İyun 2026 / 16:02
2
İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi – Fotolar

İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi – Fotolar

23 İyun 2026 / 15:57
12
Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu

Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu

23 İyun 2026 / 15:52
3
Xankəndidə kafedə insident: həbs olunanlar var

Xankəndidə kafedə insident: həbs olunanlar var

23 İyun 2026 / 14:03
2
“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” – Video

“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” – Video

23 İyun 2026 / 13:52
7
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular – Fotolar

Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular – Fotolar

23 İyun 2026 / 13:44
4
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində – Fotolar

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində – Fotolar

23 İyun 2026 / 13:19
9
Əyalətlərdə keyfiyyətə, qiymətə nəzarət güclənməlidir… – Rafiq Daşdəmirli

Əyalətlərdə keyfiyyətə, qiymətə nəzarət güclənməlidir… – Rafiq Daşdəmirli

23 İyun 2026 / 11:42
19
Sabunçuda ağacdan yıxılan kişi öldü

Sabunçuda ağacdan yıxılan kişi öldü

23 İyun 2026 / 11:13
1
Gürcüstanda zəlzələ baş verdi

Gürcüstanda zəlzələ baş verdi

23 İyun 2026 / 11:09
1
Heyvandarlığın inkişafı və qorunması: Mövcud problemlər və həll yolları – TƏHLİL

Heyvandarlığın inkişafı və qorunması: Mövcud problemlər və həll yolları – TƏHLİL

23 İyun 2026 / 10:44
4
Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaq

Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaq

23 İyun 2026 / 9:28
2
Mərdəkanda dənizdə batan 4 gəncin – Fotosu

Mərdəkanda dənizdə batan 4 gəncin – Fotosu

23 İyun 2026 / 9:23
9
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.