Bu gün təbrizlinin bakılıya, gəncəliyə bir həsrəti qalmayıb. Çünki indi bu şəhərlərin insanları təyyarəyə minib öz soydaşları ilə görüşə gedə bilir.
Avropa.info News24.az-a istinadən xəbər verir ki, bu sözləri RTV-də yayımlanan “Media gündəliyi” verilişinin qonağı, araşdırmaçı jurnalist Sədrəddin Soltan deyib.
O qeyd edib ki, Litfiyar İmanovun vaxtilə oxuduğu “Yar bizə qonaq gələcək” mahnısı Güney Azərbaycana bir çağırış idi.
“Lakin bu gün həmin həsrət aktuallığını itirib. Karantin rejimi başa çatandan sonra soydaşlarımız əvvəllər olduğu kimi, yenə bir-birilə görüşə biləcək”, – deyə o əlavə edib.
“Azərbaycan Respublikasının vətəndaşları niyə Türkiyəyə inteqrasiya etdiyi qədər Güney Azərbaycana inteqrasiya edə bilmədi?” sualına S.Soltan cavab verib ki, bu, Türkiyədə İrana nisbətən daha demokratik mühitin olmağına görədir.
“Media gündəliyi”ndə yayımlanan müsahibəni bütövlükdə bu linkdən izləyə bilərsiniz.