Sumqayıtda avtobus sürücüsünü döyüb pulunu ələ keçiriblər.
Avropa.info DİN-ə istinadla xəbər verir ki, fevralın 10-u axşam saatlarında “İsuzu” markalı marşrut avtobusu sürücüsünə qarşı quldurluq cinayəti törədilib. Bədəməl onu döyərək 230 manatını ələ keçirib.
Quldurluq əməlini törətməkdə şübhəli bilinən 61 yaşlı E.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb