F. Köçərli adına Respublika Uşaq Kitabxanası 14 Fevral – Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verir.
Avropa.info xəbər verir ki, aksiyanın əsas məqsədi Uşaq Reabilitasiya Mərkəzlərində müalicə alan uşaqlara kitab hədiyyə etməklə onların mənəvi və psixoloji inkişafına dəstək olmaq, eyni zamanda oxu mədəniyyətini təşviq etməkdir. Tədbir çərçivəsində toplanacaq kitablar reabilitasiya mərkəzlərində müalicə alan uşaqlara təqdim olunacaq.
“Bir kitab, bir sevgi” təşəbbüsü uşaqların dünyasına sevinc qatmaqla yanaşı, onlarda ümid və müsbət emosiyalar formalaşdırmağı hədəfləyir. Kitabxana ictimaiyyəti bu xeyirxah aksiyada fəal iştiraka dəvət edir.
Hər kəsi bu nəcib təşəbbüsə qoşulmağa, bir kitabla bir qəlbə toxunmağa çağırırıq. Çünki paylaşdıqca dəyəri artan ən gözəl hədiyyə kitabdır.
Unutmayaq ki, uşaqlara hədiyyə edilən hər kitab bir ümid, bir sevinc deməkdir.





























