16 - 01 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Gündəm

Tarix yazan LİDER

Dekabr 24, 2025
Gündəm, Manşet
A A

2020-ci ilin 27 sentyabrından başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi ərzində xalqımız öz tarixinin ən şanlı günlərini yaşadı. Bu haqq savaşında Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu və Azərbaycan xalqı tarix yazdı. Vətən müharibəsində əldə etdiyimiz qələbənin nəticəsidir ki, bu gün Azərbaycan xalqı dünya arenasında qalib xalq hesab edilir.

Qarabağın düşmən işğalından azad edilməsi ilə xalqımızın otuz illik həsrətinə son qoyuldu. Müzəffər Ali Baş Komandanımız, rəşadətli ordumuz doğma torpaqlarımızı öz əzəli və əbədi sahiblərinə qaytardı. Məhz Vətən müharibəsində əldə etdiyimiz qələbə sayəsində biz bu gün qalib ölkənin, bütöv Azərbaycanın vətəndaşlarıyıq.
İkinci Qarabağ müharibəsinin Vətən müharibəsi adlandırılması heç də təsadüfi deyil. Çünki bu müharibədə Azərbaycan xalqı öz Vətəninin bütövlüyü uğrunda, vahid amal ətrafında birləşərək əsl həmrəylik, birlik nümayiş etdirdi və nəticədə qələbə çaldı.

Azərbaycanın Vətən müharibəsində qalib gəlməsi ilə Qarabağ yenidən dirçəlməyə başladı. Artıq əbədi olaraq bu torpaqlarda Azərbaycan xalqı yaşayacaq. Burada doğma Azərbaycan dilində danışılacaq. Mədəniyyət beşiyimiz Qarabağda Azərbaycan muğamı səslənəcəkdir.

Cənab prezidentin də qeyd etdiyi kimi, “Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi əbədi yaşayacağıq”.
Nəinki Azərbaycanın, hətta Qafqazın incisi hesab edilən Şuşada 2021-ci ildən etibarən keçirilməyə başlanan “Xarı bülbül” festivalı Azərbaycan üçün böyük mənəvi və tarixi dəyər kəsb edir. Bu festival Qarabağa əsl sahiblərinin qayıtmasının müjdəçisidir.

2021-ci ilin 12-13 may tarixlərində baş tutmuş “Xarıbülbül” festivalının ən yaddaqalan məqamı sonda Ümummilli Lider Heydər Əliyevin Şuşa haqqında söylədiyi tarixi sözlərin video-çarx şəklində təqdim edilməsi oldu. Heydər Əliyev deyirdi:

“Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir…”

Ulu Öndərin bu sözləri necə böyük inamla, əminliklə, necə böyük sevgi ilə dediyini duymamaq mümkün deyil.
Fenomen şəxsiyyət, görkəmli siyasi xadim olan Heydər Əliyev, İlham Əliyev haqqında “mən ona özüm qədər inanıram, mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq” deyərkən Qarabağın düşmən işğalından azad edilməsini, bugünkü qüdrətli Azərbaycanı nəzərdə tuturmuş.

Azərbaycanın bu möhtəşəm qələbəni qazanmasının ən əsas və əhəmiyyətli amili Azərbaycan xalqının öz lideri ətrafında dəmir yumruq kimi birləşməsi oldu.

Cənab Prezident İlham Əliyev hər zaman çıxışlarında qeyd edir ki, o, xalqın dəstəyinə arxalanır. Bunu İlham Əliyevin təkcə çıxışlarında deyil, eyni zamanda, atdığı bütün addımlarında da görmək olar. Məsələn, cənab prezident hətta öz ad günlərini Azərbaycan xalqı ilə qeyd edir. O, uzun illər idi ki, ad günlərini məcburi köçkünlərlə birgə qeyd etməyi ənənə halına çevirmişdi. Prezident bu görüşlərində həmişə deyir ki, işğal vəziyyəti müvəqqətidir, biz torpaqlarımızı işğaldan azad edəcəyik.

Böyük siyasətçi bu vədinə böyük uğurla nail oldu. Artıq möhtəşəm qələbəmizdən sonra İlham Əliyev öz doğum gününü işğaldan azad edilmiş Qarabağ torpaqlarında qalib lider kimi qeyd edir.

Eyni zamanda, bununla cənab Prezident bir daha sübut edir ki, onun üçün ən xoş günlərin simvolu Şuşadır, işğaldan azad olunmuş Qarabağdır.

Ülviyyə Ağayeva
Milli Məclisin deputatı

Əvvəlki Yazı

Bakcell-in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

Növbəti Yazı

Respublika Uşaq Kitabxanasının 60 illik yubileyi qeyd olunub-Fotolar

XƏBƏR LENTİ

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

15 Yanvar 2026 / 20:15
6
Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

13 Yanvar 2026 / 21:06
7
“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi

“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi

13 Yanvar 2026 / 20:38
39
Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib- Fotolar

Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib- Fotolar

12 Yanvar 2026 / 22:36
34
Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

Bütöv Azərbaycan Ocaqları “İranda xalq üsyanı və Güney Azərbaycan” mövzusunda dəyirmi masa keçirib

11 Yanvar 2026 / 20:37
37
Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

08 Yanvar 2026 / 17:22
32
Qalib xalq və müasir azərbaycanlı kimliyi

Qalib xalq və müasir azərbaycanlı kimliyi

06 Yanvar 2026 / 16:08
9
“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir

“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir

30 Dekabr 2025 / 9:42
8
Respublika Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov – 95” adlı elektron baza yaradılıb

Respublika Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov – 95” adlı elektron baza yaradılıb

29 Dekabr 2025 / 19:25
28
Prezident Kitabxanasında Mirzə Qədim İrəvani yaradıcılığı müzakirə olunub – FOTO

Prezident Kitabxanasında Mirzə Qədim İrəvani yaradıcılığı müzakirə olunub – FOTO

28 Dekabr 2025 / 17:37
45
Lotereyanın şanslı qalibi “Zeekr 001”-in açarını təhvil aldı!

Lotereyanın şanslı qalibi “Zeekr 001”-in açarını təhvil aldı!

26 Dekabr 2025 / 16:36
7
Rəşad Nuri Güntəkinin “Dəyirman” romanı yenidən nəşr olundu – FOTO

Vaqif Sultanlının “İnsan dənizi” romanı yenidən yayınlandı – FOTO

25 Dekabr 2025 / 21:58
6
“Qələmin səsi, Qəlbin nəğməsi Bəxtiyar Vahabzadə – 100” adlı veblioqrafiya virtual istifadəçilərə təqdim edilib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb

25 Dekabr 2025 / 13:31
40
Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

25 Dekabr 2025 / 13:23
36
Qalib dövlətin lideri: İlham Əliyev və Azərbaycanın gələcək strategiyası

Qalib dövlətin lideri: İlham Əliyev və Azərbaycanın gələcək strategiyası

24 Dekabr 2025 / 20:46
28
Respublika Gənclər Kitabxanasında “Xalq yazıçısı Yusif Səmədoğlu – 90” adlı elektron məlumat bazası yaradılıb

Respublika Gənclər Kitabxanasında “Xalq yazıçısı Yusif Səmədoğlu – 90” adlı elektron məlumat bazası yaradılıb

24 Dekabr 2025 / 18:37
47
Respublika Uşaq Kitabxanasının 60 illik yubileyi qeyd olunub-Fotolar

Respublika Uşaq Kitabxanasının 60 illik yubileyi qeyd olunub-Fotolar

24 Dekabr 2025 / 18:30
27
Prezident İlham Əliyev İƏT-in Xankəndi Zirvə görüşündən sosial şəbəkədə paylaşım edib – VİDEO

Tarix yazan LİDER

24 Dekabr 2025 / 10:18
37
Bakcell-in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

Bakcell-in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

23 Dekabr 2025 / 16:24
10
“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar

“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar

23 Dekabr 2025 / 16:11
5
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

22 Dekabr 2025 / 17:23
6
Respublika Gənclər Kitabxanasında profesor Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Respublika Gənclər Kitabxanasında profesor Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

19 Dekabr 2025 / 22:16
40
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!

Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!

19 Dekabr 2025 / 17:15
7
“Qardaşlığımız Əbədidir” – Azərbaycan  və KKTC-ni birləşdirən rənglər

“Qardaşlığımız Əbədidir” – Azərbaycan və KKTC-ni birləşdirən rənglər

18 Dekabr 2025 / 19:41
162
“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni gözləyir

“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni gözləyir

18 Dekabr 2025 / 15:39
12
QHT Koalisiyasının təşəbbüsü ilə səhiyyə müəssisələrində insan alveri qurbanlarının erkən aşkarlanması gündəmə gətirilib

QHT Koalisiyasının təşəbbüsü ilə səhiyyə müəssisələrində insan alveri qurbanlarının erkən aşkarlanması gündəmə gətirilib

18 Dekabr 2025 / 13:07
11
“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

17 Dekabr 2025 / 18:53
9
Respublika Gənclər Kitabxanasında “Osman Sarıvəlli – 120” adlı biblioqrafik vəsait istifadəçilərə təqdim edilib

Respublika Gənclər Kitabxanasında “Osman Sarıvəlli – 120” adlı biblioqrafik vəsait istifadəçilərə təqdim edilib

16 Dekabr 2025 / 18:24
34
“Nar” Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi!

“Nar” Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi!

16 Dekabr 2025 / 17:18
7
Ermənistana  qarşı ərazi iddiasında deyilik,  amma o torpaqlar bizi istəyir – Deputat

Ermənistana qarşı ərazi iddiasında deyilik, amma o torpaqlar bizi istəyir – Deputat

16 Dekabr 2025 / 17:04
11
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.