02 - 08 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

İranda rejim çökərsə, nə baş verər? – Masadakı SSENARİLƏR

İyun 20, 2025
Dünya, Manşet
A A

İranda rejimin süqutu halında nə baş verə bilər? İngiltərə mətbuatı bu ehtimala dair müxtəlif ssenariləri dəyərləndirib. Bu ssenarilərə əsasən, rejim dəyişikliyi ya tam dağılmaya, ya idarə olunan bir keçidə, ya da etnik parçalanma ilə müşayiət olunan xaosa çevrilə bilər.

Avropa.info xəbər verir ki, İsrail ilə İran arasında baş verən müharibə Tehranda rejim dəyişikliyi ssenarilərini yenidən gündəmə gətirib.

İsrailin Baş naziri Benyamin Netanyahu açıq şəkildə bildirib ki, Xamneyinin ölümü müharibəni bitirər.

İsrailin müdafiə naziri İsrael Kats isə Xamneyiyə “Sonun Səddam kimi olacaq” təhdidini yönəldib.

Vaşinqton rəhbərliyi isə bu hədəfə daha ehtiyatla yanaşır.

Əslində, Netanyahu əvvəllər əsas məqsədlərinin İranın nüvə potensialını məhv etmək olduğunu deyirdi. Ancaq son günlərdə Təl-Əviv İran rejimini dəyişmək istiqamətində mesajlar verməyə başlayıb.

İngiltərənin “Guardian” qəzetindən Patrik Vintur “Daxili çökmə, dağıntı, yoxsa keçid? İranda rejim dəyişikliyi necə görünərdi?” başlıqlı məqaləsində bu ehtimalları araşdırıb.

Vinturun fikrincə, “Köklü bir avtoritar rejimin devrilməsi, uzun illər təzyiqlərə məruz qalmış və proqnozlaşdırılması çətin olan qüvvələrin azadlığa çıxmasına yol aça bilər.”

“Guardian” qəzetinin yazarı mümkün bir çökmə ssenarisinin zaman-zaman rejimlə qarşıdurma yaşayan etnik qruplar üçün fürsət yaradacağını, bəzilərinin isə İran torpaqları üzərində iddialarla çıxış edə biləcəyini qeyd edir.

Vintur mümkün bir hərbi çevriliş ssenarisini də gündəmə gətirib. İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kadrlarının əksəriyyəti məhv edilsə belə, rejimin siyasətindən narazı olan bəzi zabitlərin çevrilişə cəhd edə biləcəyini irəli sürüb.

Lakin o, belə bir hərbi strukturun daha azadlıqçı bir rejim quracağına zəmanət vermədiyini də vurğulayıb. Vintur kulislərdə fövqəladə vəziyyət hökuməti ilə bağlı gəzən şayiələrdən də bəhs edir.

Bu hökumətin tərkibində İranın sabiq prezidenti Həsən Ruhani, sabiq xarici işlər naziri Cavad Zərif və sabiq parlament sədri Əli Laricaninin yer ala biləcəyi qeyd olunur.

“Guardian” yazarına görə, tammiqyaslı siyasi çöküş halında Evin həbsxanasındakı siyasi məhbuslar arasından ölkə rəhbərliyini ələ ala biləcək bir lider ortaya çıxa bilər.

Yazar həmçinin 2011-ci ildən ev dustaqlığında olan sabiq baş nazir Mir Hüseyn Musəvi və həyat yoldaşının azadlığa buraxılması ehtimalına da diqqət çəkir.

Məqalədə Kanadada keçirilən G7 sammitində Avropa ölkələri arasında İranda rejim dəyişikliyi məsələsinə fərqli yanaşmaların olduğu da vurğulanır.

Bu mövzuda Fransa prezidenti Emmanuel Makronun “Rejimi hər hansı bir plan olmadan dəyişdirmək strateji bir səhv olar” fikrinə xüsusi diqqət çəkilir.

Makron İraq nümunəsini misal gətirərək, İranda oxşar vəziyyətin xaosa səbəb olacağını bildirib. O, rejim dəyişikliyinin yalnız xalqın iradəsi ilə baş verməli olduğunu vurğulayıb.

Almaniyanın federal kansleri Fridrix Mers isə Makronun əksinə mövqe sərgiləyib. Mers “Molla rejimi hücumları ilə dünyaya ölüm və dağıntı gətirdi. İsrail bizim hamımız üçün çirkli işi görür” deyərək İsrailə dəstək verib.

Vinturun fikrincə, Qərbin İran rejiminin süqutundan sonra baş verə biləcək hadisələrə dair konkret bir hazırlığı yoxdur.

Əvvəlki Yazı

Egeydən Aralıq dənizinə: Türkiyənin sualtı dünyasına səyahət – FOTOLAR

Növbəti Yazı

İranlı zəvvarlar Səudiyyə Ərəbistanında çətin vəziyyətdə qaldılar

XƏBƏR LENTİ

“Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”nə həsr olunmuş sərgi təşkil edilib

“Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”nə həsr olunmuş sərgi təşkil edilib

01 Avqust 2025 / 22:43
30
Mobil tətbiqə yeni əlavələr: Qarabaga səfər edənlərin nəzərinə! – Video

Mobil tətbiqə yeni əlavələr: Qarabaga səfər edənlərin nəzərinə! – Video

01 Avqust 2025 / 16:37
3
Putin: Ukrayna ilə danışıqlara müsbət baxıram

Putin: Ukrayna ilə danışıqlara müsbət baxıram

01 Avqust 2025 / 16:26
36
Respublika Gənclər Kitabxanasında “Dilimiz – milli varlığımız, zəngin sərvətimizdir” adlı material hazırlanıb

Respublika Gənclər Kitabxanasında “Dilimiz – milli varlığımız, zəngin sərvətimizdir” adlı material hazırlanıb

01 Avqust 2025 / 14:30
42
Türkiyədən türk dövlətlərinə rekord ixracat

Türkiyədən türk dövlətlərinə rekord ixracat

01 Avqust 2025 / 14:27
31
Respublika Gənclər Kitabxanasının Azərbaycan Kinosu Gününə töhfəsi

Respublika Gənclər Kitabxanasının Azərbaycan Kinosu Gününə töhfəsi

01 Avqust 2025 / 14:21
39
“TV1” kanalı 1 yaşını qeyd edir – VİDEO

“TV1” kanalı 1 yaşını qeyd edir – VİDEO

01 Avqust 2025 / 13:16
4
Naxçıvanda polis işçisi vəfat edib

Şəkidə qəsdən yanğın törədən şəxslər həbs edilib

01 Avqust 2025 / 12:40
19
Mehriban Əliyeva: Arif Babayev hər kəsin sevimlisi olan Xalq artisti idi

Mehriban Əliyeva: Arif Babayev hər kəsin sevimlisi olan Xalq artisti idi

01 Avqust 2025 / 10:56
29
Rusiyadan şok: Paşinyan devriləcək, Bakı ilə yeni müharibə…

Rusiyadan şok: Paşinyan devriləcək, Bakı ilə yeni müharibə…

01 Avqust 2025 / 9:08
28
Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır

Xalq artisti Arif Babayev vəfat etdi

01 Avqust 2025 / 8:59
23
Qəzzada aclığın fəsadlari: İsrailin siyasəti aclığı necə dərinləşdirdi

Qəzzada aclığın fəsadlari: İsrailin siyasəti aclığı necə dərinləşdirdi

01 Avqust 2025 / 8:56
35
ABŞ ölümcül virus ortaya çıxdıqdan sonra Çinə səyahət xəbərdarlığı edəcək

ABŞ ölümcül virus ortaya çıxdıqdan sonra Çinə səyahət xəbərdarlığı edəcək

01 Avqust 2025 / 8:27
49
Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

01 Avqust 2025 / 8:16
45
Hacıqabulda Təcili yardım maşını qəzaya düşdü: Ölən və yaralananlar var

Hacıqabulda Təcili yardım maşını qəzaya düşdü: Ölən və yaralananlar var

01 Avqust 2025 / 8:10
53
Tramp: İsrail Qəzzada 60 günlük atəşkəs şərtlərini qəbul edir

Tramp: “Düşünürəm ki, Rusiyanın etdikləri çox kədərlidir

01 Avqust 2025 / 8:04
24
Texnologiya nəhəngləri Böyük Britaniyanın yeni qanununa əsasən Qəzza məzmununu bloklayır

Texnologiya nəhəngləri Böyük Britaniyanın yeni qanununa əsasən Qəzza məzmununu bloklayır

01 Avqust 2025 / 7:59
39
İsrail mediasının məlumatına görə, HƏMAS-ın Qəzzada atəşkəslə bağlı tələblərinin əksəriyyəti rədd edilib

HƏMAS: Qəzzada humanitar böhran həll olunarsa və yardım çatdırılarsa, atəşkəs danışıqlarında iştirak etməyə hazırıq

01 Avqust 2025 / 7:55
32
Adanada meşə yanğınları törədənlər drondan qaça bilməyiblər

Adanada meşə yanğınları törədənlər drondan qaça bilməyiblər

31 İyul 2025 / 16:10
24
Lukaşenkonun Estoniyaya girişi qadağan olundu

Lukaşenko: “Biz sülh dövründə, amma hərbi səfərbərliyin zəruri olduğu bir dövrdə yaşayırıq”

31 İyul 2025 / 16:03
19
Azərbaycanli gənc Moskvada faciəvi şəkildə öldü

Azərbaycanli gənc Moskvada faciəvi şəkildə öldü

31 İyul 2025 / 10:55
9
Tramp Cənubi Koreya ilə ticarət sazişini açıqlayıb

Tramp Cənubi Koreya ilə ticarət sazişini açıqlayıb

31 İyul 2025 / 9:10
21
Masallıda arvadını döyən sərxoş kişi həbs edildi

Masallıda arvadını döyən sərxoş kişi həbs edildi

31 İyul 2025 / 9:07
34
Cəbrayıl rayonuna növbəti köç karvanı yola salındı

Daha bir köç karvanı Ağdamın Xıdırlı kəndinə yola salinib

31 İyul 2025 / 9:01
50
Moldavadan Rusiya televiziya kanallarina qadaga

Moldavadan Rusiya televiziya kanallarina qadaga

31 İyul 2025 / 8:58
35
Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vuruldu

Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vuruldu

31 İyul 2025 / 8:52
43
ABŞ Senatında İsrailə silah satışının qarşısını alan qanun layihəsinə rekord sayda müsbət səs verildi

ABŞ Senatında İsrailə silah satışının qarşısını alan qanun layihəsinə rekord sayda müsbət səs verildi

31 İyul 2025 / 8:43
45
İsrail mediasının məlumatına görə, HƏMAS-ın Qəzzada atəşkəslə bağlı tələblərinin əksəriyyəti rədd edilib

İsrail mediasının məlumatına görə, HƏMAS-ın Qəzzada atəşkəslə bağlı tələblərinin əksəriyyəti rədd edilib

31 İyul 2025 / 8:38
24
Baş Nazir Fələstini tanıyacaqlarını açıqladı

Baş Nazir Fələstini tanıyacaqlarını açıqladı

31 İyul 2025 / 8:33
40
ABŞ-da enerji içkisi qutuları səhvən spirtlə doldurulub

ABŞ-da enerji içkisi qutuları səhvən spirtlə doldurulub

31 İyul 2025 / 8:27
35
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.